Dünya

Venesuelada fövqəladə vəziyyət elan edilib

Venesuelada fövqəladə vəziyyət elan edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela Prezidenti Nikolas Maduro ölkənin qərbində və cənubunda leysan yağışlarının yaratdığı daşqın səbəbindən fövqəladə vəziyyət haqqında fərman imzalayıb.

Bu barədə 7Times.az TASS-a istinadən xəbər verir.

“Mən Apure, Bolivar, Yarakuy, Suliya və Merida ştatlarında təbii fəlakətlərə gətirib çıxaran yağışlarla əlaqədar 90 gün müddətinə fövqəladə vəziyyət haqqında fərman imzalamaq istəyirəm”, – o, iclas zamanı deyib.

Maduronun sözlərinə görə, bu tədbir təbii fəlakətin nəticələrinə qarşı mübarizə üçün lazımi vəsait ayırmağa imkan verəcək.

İclas zamanı leysan yağışlarından daha çox zərər çəkmiş Merida ştatında olan deputat Ceyson Qusman daşqın qurbanlarının sayının 20-yə çatdığını bildirib.