Maqazin

Verdiyi sual iksini də kövrəltdi…

Verdiyi sual iksini də kövrəltdi…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Dilarə Əliyevanın tanınmış bəstəkar Xanım İsmayılqızına verdiyi sual hər iksini kövrəldib.

OLAY yazır ki, sözügedən anlar “Söhbət var” verilişində yaşanıb.

“Şeirlərin “bir küçə, ölüm və adamsızlıq” deyirsiniz, burada nə demək istədiniz” sualına “Kövrəlmək istəmirəm, qısa şeirdir. Yazıb yaşadığım şeirlərimdəndir. Onu yazandan sonra həmin hadisə başıma gəlib. Adamsızlığı, həmin itkini yaşadım. Onu demək istədim ki, küçə, ölüm və adamsızlıq. Yəqin ki, gedənlər belə gedir” sözləri ilə cavab verib.

Verilişdə qonaq olan aktyor Kamran Ağabalayev isə Dilarə Əliyevaya yaşadığı itkini nəzərdə tutaraq “Bu situasiyalardan alnıaçıq necə çıxmaq olar” sualını ünvanlayıb.

“Həyat bizi sınayır. Vacib olan bu sınaqdan üzü və alnıaçıq çıxmağımızdır. Hər şeyə rəğmən biz güclü olmaq, yarım qalan işləri tamamlamaqla, ruhları şad, qalanların gününü xoş etməklə alnıaçıq çıxmalıyıq”, – deyə, D. Əliyeva deyib.