Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə gərginliyi müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını keçirib.
7Times.az xəbər verir ki, iclasdan sonra sosial şəbəkədə videomüraciət yayımlayan Zelenski hər şeyə hazır olduqlarını bildirib.
“Hakimiyyət gərginliyin azaldılması üçün çalışır. Biz tərəfdaşlarımız, diplomatlarımız və ən əsası hərbçilərimizin yanındayıq. Onlar bizi qoruyurlar və biz onları qorumalıyıq. Ukraynanın şərqində vəziyyət nəzarət altındadır. Panikaya ehtiyac yoxdur”, deyə o bildirib.
Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov Təhlükəsizlik Şurasının iclasından sonra mətbuata açıqlama verib. O Ukraynanın şərqində vəziyyətin nəzarət altında olduğunu bir daha vurğulayıb.
“Mövcud vəziyyət bizə aydındır, təşviş üçün heç bir əsas yoxdur. Hər kəsdən sakit olmağı xahiş edirəm. Vəziyyət tamamilə nəzarət altındadır”, – deyə o qeyd edib.
Ukraynanın Rusiya sərhədində rus ordusuna aid 109 minlik qoşub olduğunu bildirən Danliov qeyd edib ki, bu, yeni xəbər deyil və 2-3 minlik artım kritik vəziyyət yaratmır.
Follow @7timesaz