Dünya

“Vicdan və insanlıqdan payı olmayanları təəssüflə seyr edirik” – Dövlət Baxçalıdan sərt açıqlamalar

“Vicdan və insanlıqdan payı olmayanları təəssüflə seyr edirik” – Dövlət Baxçalıdan sərt açıqlamalarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edərək zəlzələnin ölkədə yaratdığı böhranlı vəziyyətdən danışıb.

7Times.az  Türkiyə mətbuatına istinadla xəbər verir ki, MHP sədri müxalifət partiyalarını sərt tənqid edib. “Biz müstəqilliyimizə qarşı müharibələrə, təbii fəlakətlərə, epidemiyalara, çevriliş, üsyan cəhdlərinə, sui-qəsdlərə qarşı eyni cəbhədə vuruşmuşuq. Hər bir dövrdə həyasızların dağıntıların üstünə ayaq basdığının şahidi olmuşuq. Xalqımız köməyə çağırarkən, millətimizin ruhu titrəyərkən, sağ qalanlar həyata tutunmağa çalışarkən, vicdan yoxsullarını təəssüflə seyr etdik”, – o, vurğulayıb.

Baxçalı deyib ki, hər dönəmdə onların hayqırtılarından siyasi qazanc əldə etmək üçün mübarizə aparan həyasızların şahidi olub: “Fəlakətdən sağ çıxanlar həyata tutunmağa çalışarkən, biz qazanclarını saymaqla bitməyən vicdan və insanlıqdan payı olmayanları təəssüflə seyr etdik. Şübhə yoxdur ki, çox çətin dövrdən keçirik. Amma yaşadığımız zəlzələ fəlakəti nə ilk, nə də sonuncu olacaq”.Partiya sədri hesab edir ki, hökumət urbanizasiya siyasətini yenidən nəzərdən keçirməli və təbii fəlakətləri nəzərə alaraq bina, infrastruktur tikinti qaydalarını, inşaat yerlərinin seçilməsi və məskunlaşma strategiyalarını yenidən qiymətləndirməlidir: “Türk milləti çox çətinliklərdən sovuşdu. Allahın bizə kömək etdiyi müddətdə bu günün ağır bəlalarını adladacağıq. Elə bir fəlakətlə üz-üzəyik ki, mütəxəssislər Anadolu plitəsinin Ərəb plitəsinə nisbətən ən azı 3 metr sürüşdüyünü bildiriblər. Zəlzələ Hatayın Altınözü rayonunda zeytunluqda 200 metr eni, 400 metr uzunluğu, 50 metr dərinliyi olan yarıq yaradıb. Zəlzələ tarix boyu regionda ən dağıdıcı seysmik aktivlik kimi qeydə alınıb. Bəzi alimlər dalbadal titrəyişlərin təsirini 500 atom bombasına bərabər olduğunu bildiriblər”.