Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı, modelyer Viktoriya Bekhem “Nənə olmağa hazırsınız” sualına verdiyi reaksiya ilə təəccübləndirib.
Axşam.az xəbər verir ki, sual modelyer üçün gözlənilməz olub.
“Tanrım, nə? Durun. Əgər mənim bilmədiyim bir şey bilirsinizsə, indi bunun yeri deyil. Yəni hələ o səviyyədə deyilik. Ümid edirəm nə vaxtsa, reallaşar. Bunu yaşayacaq qədər şanslıyamsa, şəhanə bir şeydir” deyə, Viktoriya söyləyib.
Qeyd edək ki, Viktoriyanın oğlu Bruklin iş adamının qızı Nikola Peltzlə evlidir.
Follow @7timesaz