Ölkə

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

7times.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Zaur Qədirov Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu təyinatadək həmin şöbənin rəisi Vüqar Abbasov idi.