Manşet

Vilayət Quliyevdən Elçibəylə bağlı PAYLAŞIM – FOTO

Vilayət Quliyevdən Elçibəylə bağlı paylaşım – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin vəfatından 21 il ötür.

7times.az xəbər verir ki, sabiq xarici işlər naziri, bu yaxınlarda səfir vəzifəsindən geri çağırılan Vilayət Quliyev sosial şəbəkə hesabında Elçibəyin anım günü ilə bağlı paylaşım edib.

V.Quliyev keçmiş prezidentin nəşini qarşılayan zaman çəkilən fotonu paylaşaraq bu sözləri qeyd edib:

“Prezident Heydər Əliyevin tapşırığı ilə İcra aparatının rəhbəri Ramiz Mehdiyevlə birlikdə Türkiyədən xüsusi reyslə uçan təyyarəni qarşılayıb, mərhum eks-prezident Əbülfəz Elçibəyin nəşini Binəqədiyə, yaşadığı evin həyətinə müşayiət etdik. Axşam saat 22:00 olmasına baxmayaraq, həyət və ətraf küçələr adamla dolu idi”.