“Bu mövzuda danışmağı özümə “stop” demişəm. Eləcə də, efirlərə deyirəm. Tənqidin özü də bəziləri üçün reklamdır, təbliğdir. Dorğudan da elə musiqilər var ki… Hər yerin öz musiqisi var: dayanacaq, efir. Dayanacaq musiqiləri gəlib oturublar burda. Dayanacaq musiqisini efirə gətirənlər Allahın qarşısında nə cavab verəcək? Bura gəlmişəmsə, mənə o sualı verirsinizsə ya nəyisə vurub sındırmalı, ya cırmalıyam. Onlara heç nə demirəm. Musiqidə tarakan da deyillər, ondan da iyrəncdilər”.
7Times.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Şourum” proqramında deyib. Müğənni bayağı mahnı ifaçılarını “tarakan” adlandırıb:
“Onlara heç nə demirəm. Hətta kimsə zəng edir ki, filankəsi toyuma istəyirəm, nömrəsini tapıb verirəm. Bəziləri alov püskürür ki, o kimdi bizə nəsə deyir. Çoxundan qaçıram, amma yağışdan çıxıb yağmura düşürəm. O musiqilər biabırçıdır, adımıza ləkədir. Musiqi insanı tərbiyə edir. Villama girəndə demirəm ki, Üzeyir Hacıbəyovun musiqisinə xələl gətirib burada oturmuşam. Ağzıma kabab aparanda demirəm ki, Tofiq Quliyevin mahnısını tapdalamışam, yeyirəm. Şorba yeyərəm, amma klassik musiqini qoruyaram. Onlardan Allah hər şeyi alıb. İnsan öz klassik musiqisini tanımaya, qarışıq nəsə oxuyur. Halım yanır, onlara acıyıram. Gedib pəncərə silərəm, həyət süpürüb pul qazanaram, alnım açıq olar. Amma musiqimə xələl gətirib, fəxr etmərəm”.
Follow @7timesaz