Maqazin

Vüsalə Əlizadə: “Sizin qadağalar islam deyil, öz pozğun beyninizin kompleksidir” – FOTO

Vüsalə Əlizadə: “Sizin qadağalar islam deyil, öz pozğun beyninizin kompleksidir” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Vüsalə Əlizadə İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım edib.

7Times.az xəbər verir ki, o, şəxsi instaqram hesabında foto yayımlayaraq erkən nikahı, övladını məktəbə getməyə qoymayan valideynləri şiddətlə qınayaraq tənqid edib:

Qadına yalnız şəhvət obyekti kimi yanaşıb, ondan azadlıqlarını alıb, qadını zorla bağlayanlar, məktəbə buraxmayanlar, zorla ərə verənlər, sizin qadağalar islam deyil, öz pozğun beyninizin kompleksidir. Başıaçıq gəzib sizdən də əxlaqlı, ismətli və imanlı olmaq mümkündür”.

Xatırladaq ki, Xalq artisti Aygün Kazımova, müğənnilər Günel Zeynalova, Murad Arif də 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı paylaşımlar ediblər.
Vüsalə Əlizadə: "Sizin qadağalar islam deyil, öz pozğun beyninizin kompleksidir" - FOTO