Məşhur aparıcı Vüsal Əlizadənin “Həyat” adlı şeiri işıq üzü görüb.
7times.az xəbər verir ki, gözəl aparıcı şeirini möhtəşəm bir kliplə təqdim edib. Rejissor Nail Naiboğlunun lentə aldığı klip, real həyatda qarşılaşa bildiyimiz hadisələr əsasında çəkilib.
Böyük marağa səbəb olan klipdə Vüsalə Əlizadə ruh obrazında təsvir olunub. O, hər kəsi kənardan görür, hamının ağrılı-acılı, sevincli günlərinin şahidi olur.
Klipin sonunda Vüsalə Əlizadənin “yenidən həyata davam etməsi” səhnəsi yer alır. Teleaparıcı “Həyat” adlı şeirini, həyatla mübarizə apardığı vaxtlarda yazıb. O, bu barədə açıqlama da verib:
“”Həyat” adlı şeirimi mart ayının 15-i təqdim etməyimin əsas səbəbi, mənim bu tarixdə yenidən həyata qayıtmağımdır. Ağır böyrək əməliyyatı keçirtmişdim. Şeiri gecə saat 4 də yazmışdım. Səhər yuxudan oyandım, elə bildim yuxuda yazmışam.
Əməliyyat vaxtında komaya düşmüşdüm. İlk əməliyyatı olundum, palataya köçürüldüm. Daha sonra daxili qanaxma oldu və 3 gün komada qaldım. “Həyat” mənim həyatla mübarizə apardığım günün məhsuludur.
Klipi Nail Naiboğluna həvalə etdim. İdeya müəllifi özüməm və klipdəki bütün fikirlərimi Nail həyata keçirtdi. Qızım Dilək də klipdə rol alıb. Əgər əvvəllər tək özümə, qızıma görə yaşayırdımsa, bu gün Diləyim üçün yaşayıram. Mənimdə həyatım odur”.
Qeyd edək ki, klip ilk dəfə ATV kanalında yayımlanan “7 Canlı” proqramında tamaşaçılara təqdim olunub.
Elmir Kərimli
Follow @7timesaz