Gündəm

“WhatsApp”da yeni funksiya!

“WhatsApp”da yeni funksiya!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

WhatsApp”da yeni funksiya!”WhatsApp” messencerinin iOS üçün versiyası öz stikerlərinizi yaratmaq və redaktə etmək imkanını təqdim edən 23.7.82 yeniləməsini əldə edib.

7Times.az yazır ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb. Qeyd olunub ki, funksiya haqqında ilk dəfə bu ilin fevralında açıqlama verilib. O, “WhatsApp” daxilində stikerlər yaratmağa imkan verir ki, istifadəçilər üçüncü tərəf xidmətlərinin köməyinə müraciət etmək məcburiyyətində qalmasınlar.

Bu, aşağıdakı kimi işləyir:

– Smartfon sahibi istədiyi şəkli seçir və sonra ona redaktə etmək üçün bir sıra funksiyalar təklif olunur. Bundan sonra messencer avtomatik olaraq şəkli istifadəçinin kolleksiyasına əlavə edilə bilən stikerə çevirir.

Məlumdur ki, funksiya iOS 16 əməliyyat sistemində işləyir, lakin messencerin tərtibatçıları onu köhnə əməliyyat sistemli smartfon sahiblərinin istifadəsinə verməyi planlaşdırmırlar.