“WhatsApp”ın yenilənən gizlilik müqaviləsinin müddəti mayın 15-də başa çatır.
7times.az xəbər verir ki, dəqiq tarix göstərilməsə də bir neçə həftədən sonra yeni şərtlərdən imtina edənlərin zəngləri və mesajları bloklanmağa başlanılacaq.
Zamanla qaydaları qəbul etməyənlər yavaş-yavaş mesajlaşma çatlarını görə bilməyəcəklər. Amma səsli və video zəng qəbul edə biləcəklər.
Bu mərhələdə də sazişi imzalamayanlar, növbəti mərhələdə artıq bunları və heç bir bildirişi qəbul edə bilməyəcək.
Follow @7timesaz