Dünya

Xaçaturyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır”

Xaçaturyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycanla sülhün əldə olunmasında və sülh müqaviləsi imzalanmasında maraqlıdır”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Ermənistan hökumətinin bir məqsədi var – regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq”, – Xaçaturyan bildirib.

Onun sözlərinə görə, İrəvan region ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmağa, regional kommunikasiyaların qarşısının alınmasına və sərhədlərin açılmasına sadiqdir.