Ölkə

Xaçmaz dəmir yolu stansiyasında ölümlə nəticələnən QƏZA

Xaçmaz dəmir yolu stansiyasında ölümlə nəticələnən QƏZAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 14:15 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.

 

7Times.az bu barədə ADY-yə istinadən xəbər verir.

 

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.