Sosial şəbəkələrdə qan içində olan vətəndaşın görüntüləri yayılıb. Qeyd edilib ki, hadisə Binəqədi rayonunda baş verib.
7times.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev unikal.org-a açıqlamasında bildirib ki, özünə xəsarət yetirən vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.
“Xaçmaz sakini əsəbi olduğu üçün boğaz nahiyəsindən özünə lezva ilə xəsarət yetirib. Hazırda həmin şəxsin vəziyyəti qənaətbəxşdir”.
Follow @7timesaz