Hadisə

Xaçmazda ağır qəza: 6 nəfər yaralandı

Xaçmazda ağır qəza: 6 nəfər yaralandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

7times.az xəbər verir ki, qəza Xudat-Yalama yolunun Ləcət kəndi ərazisində qeydə alınıb. Əks istiqamətdə hərəkət edən iki sərnişin avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralananlar Onur Nağıyev, Mənsur Nağıyev, Vüqar İsmayılov, Bayram Qurbanov, Fuad Həsənov, Vüqar Haşimov Xaçmaz Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafidir.

Faktla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cəlal Fərzəliyev

7times.az