Ölkə

Xaçmazda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Xaçmazda avtomobil ağaca çırpılıb, xəsarət alanlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda avtomobil ağaca çırpılıb.

7Times.az  xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Arzu kəndindən keçən hissəsində baş verib.

Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil ağaca çırpılıb. Qəza nəticəsində Xaçmaz rayonunun Yergüc kənd sakinləri – 1997-ci il təvəllüdlü Turan Elman oğlu Məhərrəmov və 1998-ci il təvəllüdlü Hüseyn Faiq oğlu Məhərrəmov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına catdırılıblar. H.Məhərrəmovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya yolun sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.