Hadisə

Xaçmazda avtomobil at arabasını vurdu, 3 nəfər yaralandı

Xaçmazda avtomobil at arabasını vurdu, 3 nəfər yaralandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xaçmaz rayon ərazisində 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

7times.az xəbər verir ki, Xaçmaz-Niyazabad kənd yolu ilə hərəkət edən at arabası avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar 1965-ci il təvəllüdlü Hacıyev Şahmar Hacıağa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Təbriz Əjdər oğlu və 1992-ci il təvəllüdlü Zülfiqarov Nurlan Baba oğludur.

Hər üç yaralı Xaçmaz MRX-na yerləşdirilib. Xəstəxanadan 7times.az-a verilən məlumata görə, onların vəziyyəti kafidir. Faktla bağlı araşdırma aparılır.