Hadisə

Xaçmazda avtomobil piyadanı vurub öldürdü

Faktla əlaqədar araşdırma aparılır.

Xaçmazda avtomobil piyadanı vurub öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında Xaçmaz rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

7times.az xəbər verir ki, Xaçmaz rayonunun Uzunoba kənd yolu ilə hərəkət edən Tikanoba kənd sakini 1993-cü il təvəllüdlü Vələdov Taleh Vidadi oğlu idarə etdiyi “VAZ 21 11”  markalı avtomobillə piyada, Yataqoba kənd sakini 1966-cı il təvəllüdlü Hacıyev Bəxtiyar Murtuzəli oğlunu vurub. Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

7times.az 

Cəlal Fərzəliyev