Hadisə

Xaçmazda güclü külək binanın damını belə uçurdu – Video

Xaçmazda güclü külək binanın damın belə uçurdu – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarından başlayan güclü külək Xaçmaz rayonunda fəsadlar törədib.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini, rayon FHK-nin sədri Bəxtiyar Osmanovun 7times.az-a verdiyi məlumata görə, güclü külək rayon mərkəzində N.Nərimanov-70 ünvanlı çoxmənzilli beşmərtəbəli yaşayış binasının damını uçurub.

Xaçmaz şəhərinin Əlif Hacıyev və Üzeyir Hacıbəyov küçələrində də iki evin damını külək aparıb. Qımılqışlaq kəndində isə güclü külək nəticəsində aşan ağac evin damını yararsız hala salıb.

Şəhərin N.Nərimanov, Z.Tağıy küçələrində bir neçə ağac kökündən çıxaraq aşıb. Rayona elektrik enerjisinin verilişində fasilələr yaranıb. “Azərişıq”ASC-nin qəza briqadaları qırılmış elektrik  xətlərində  bərpa işlərilə məşğuldur. Rayona dəyən ziyanın həcmi araşdırılır.

Müşfiq Qərib