Xaçmazda pişiyin üç ayağının kəsilməsi ilə bağlı Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar aparılır.
7times.az report-a istinadən xəbər verir ki, hazırda RPŞ-də heyvana qarşı rəhimsiz rəftar göstərən şəxsin müəyyən olunması istiqamətində aktiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Xaçmazda pişiyin üç ayağının kəsilməsi ilə bağlı videogörüntülər yayılıb. Yayılan məlumata görə, bu əməli qəssab pişiyin ona məxsus əti yeməsinə görə törədib.
Follow @7timesaz