Xalq artisti Zülfiyyə Xanbabayeva uzun fasilədən sonra yeni musiqi layihəsini təqdim edib.
7Times.az xəbər verir ki, məşhur müğənni sözləri Qafar Heydərli, musiqisi Ramin Əliyə məxsus “Sonuncu oyun” mahnısını ekranlaşdırıb. Klipin rejissoru Delee Orucludur.
Mahnının masterinqini uzun illərdir dünya ulduzları Selena Qomez, Kristina Aqulera, Dua Lipa, Alisia Keys, The Weekend və digərləri ilə əməkdaşlıq edən amerikalı musiqiçi Devid Kutç edib.
“Devidi Ramin təklif etdi. Çox ağıllıdır, musiqi aləmində baş verən hər şeylə maraqlanır, ən yaxşı mütəxəssislərin əsərlərini bilir və hətta onlarla əlaqə qurmağı bacarır. Mən də hər zaman keyfiyyətin tərəfdarıyam! Həm səs baxımından, həm də video baxımından hər mənada aktual görünəcək bir işi təqdim etmək istədik. Çox çalışdıq, amma qiyməti əlbəttə ki, tamaşaçı verəcək”,- deyə Xanbabayeva bildirib.