Maqazin

Xalq artisti: “Geyinib yenə açıq-saçıq, biabrçılıq”

Xalq artisti: “Geyinib yenə açıq-saçıq, biabrçılıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Brilliant Dadaşova son günlərdə instaqramda hekayə bölümündəki paylaşımları ilə gündəmə gəlib.

7Times.az xəbər verir ki, müğənninin yazdığı kinayəli sözlər xüsusilə diqqət çəkib.

“Tərs damarı tutdu yenə dəli könlümün. Dəyişdirildi rəngi gülümün. Dünyada göz açdım gözəl diyarda, pozdular mizahın doğma elimin. Haradadır görəsən mədəniyyətimiz, hücumlara məruz qalıblar qüdrətimiz. Hər ağzıgöyçəyin dilinə düşdük” sözlərini əlavə edib.

Geyinib yenə açıq-saçıq. Saxlayır özünü arıq, biabırçılıq. Biz yorulduq nənəmizin mədəniyyətini buna öyrətməkdən. O, isə yorulmadı “inteligent” Həsəni, Cəlil Məmmədquluzadəni, Zeynaləbdin Tağıyevi, Musa Nağıyevi, Nizaminin yaratdığı Kəhkəşanı, Xurşidbanu Natavanı, Təbrizi, Zəncanı, dahilər ocağı böyük Turanı, Hüseyn Cavidi, mədəni irsimizi misal çəkməkdən” , – hekayə bölümündə yazıb.

B.Dadaşovanın bu söz oyunlarını həmkarlarından birinə ünvanladığı istisna deyil.