Dünən keçirilən brifingdə teatrların fəaliyyətinin bərpa olunacağı gözlənilsə də, bu barədə heç bir yeniliyin olmadığı qeyd edildi. Mövzu ilə bağlı aktyorlar etiraz səslərini qaldırdılar. Xalq artisti Afaq Bəşirqızı isə Moderator.az-a açıqlamasında aktyorları optimist olmağa səslədi:
“İndiki dövrdə pandemiyada bu qadağaların qoyulması vacibdir. Çünki biz hamımız bir-birimizi qorumalıyıq. Teatr kütləvi tədbir hesab edilir, məhz bu səbəbdən qadağaların birinci teatrlara şamil olunması qəbul ediləndir. Teatrların fəaliyətinin bərpa olunmamasına görə heç bir qorxu hissi keçirmirəm. İstedad bulaq kimi bir şeydir. Yəni heç bir karantin, pandemiya onu tükədə bilməz. Əlbəttə, aktyor səhnəsiz çox darıxır, yaradıcılıqla məşöul olmaq istəyir. Öz doğmalarımız, xalqımız üçün biz bu karantin qaydalarına əməl etməliyik. Rəssam öz emalatxanasında tək işləyə bilər, vokal ifaçısı tək məşq edə bilər, teatr aktyorları isə tək işləyə bilməz, çünki teatr kollektiv sənətdir. İstərdim aktyolarımız darıxmasın. Padenmiyanın aradan qalxmasında biz mədəniyyət xadimlərinin cəmiyyətdə təbliğat rolu olmalıdır. Əziz həmkarlarım, pessimist olmayın, optimist olun”.
Follow @7timesaz