Dünya

“Xalq dəyişiklik istəyir…” – Minlərlə britaniyalı artan yaşayış xərclərinə etiraz edir…

“Xalq dəyişiklik istəyir…” – Minlərlə britaniyalı artan yaşayış xərclərinə etiraz edir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın hər yerində minlərlə insan artan yaşayış xərcləri ilə bağlı böhrana və iqlim dəyişikliyinə etiraz etmək üçün küçələrə çıxıb: İngilislər hökumətlərinin bu ərazilərdəki siyasətindən məyus olduqlarını bildiriblər.

Moderator.az xəbər verir ki, bu barədə “The Independent” nəşri yazır.
Etirazlar yaşayış xərclərinin artması, qaz və elektrik qiymətləri və qeyri-adekvat maaş artımları səbəbində keçirilib.
Etirazçılar hökumətdən lazımi tədbirlərin görülməsini tələb edib. Mitinqlərin keçirildiyi şəhərlərdə tıxaclar yaranıb, körpülər nümayişçilər tərəfindən bağlanıb.
Bundan əlavə, nəşrin yazdığına görə, bəzi britaniyalılar ümummilli nümayişlər dalğasından istifadə edərək baş nazir Liz Truss kabinetinin yeni büdcə siyasətinə öz “qəzəblərini” ifadə ediblər.