Dünya

Xanım jurnalistin geyimi prezidentlə görüşün ləğvinə gətirdi – FOTO

Xanım jurnalistin geyimi prezidentlə görüşün ləğvinə gətirdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kristian Amanpur Nyu Yorkda İran Prezidenti İbrahim Rəisi ilə müsahibə  zamanı hicab taxmaqdan imtina etdiyinə görüş görüş ləğv olunub.

7Times.az  xarici mediaya istinadla bildirir ki, “CNN”in müxbiri Kristian Amanpur bildirib ki, prezident Rəisi “şanlı Məhərrəm və Səfər aylarında olduğumuz üçün hicab taxın” deyib.

Valideynləri əslən İrandan olan Amanpur deyib: “Mən lütfkarlıqla imtina etdim. Biz Nyu Yorkdayıq, heç bir qanun və ənənənin hicab taxmağı tələb etmədiyi yerdə. Dedim ki, İrandan kənarda görüşdüyüm İran prezidentlərinin heç biri bunu istəməyib”.

Amanpur bildirib ki, müşavir ona bu halda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının kənarında keçirilməsi lazım olan görüşün keçirilməyəcəyini deyib.

Qarşısında boş oturacaqla çəkilmiş fotosunu yerləşdirən Amanpur əlavə edib: “Buna görə də imtina etdik. Heç bir müsahibə olmadı. İranda etirazlar ölümlə nəticələndiyi vaxtda Prezident Rəisi ilə danışmaq çox vacib idi”.