Türkiyə Prezident seçkilərinin ikinci turunda xaricdə qeydiyyatda olan 1 milyon 733 min 940 seçici səs verib.
7Times.az türk mediasına istinadən xəbər verir ki, xarici nümayəndəliklərdə səsvermə prosedurları bu axşam başa çatacaq.
Yüksək Seçki Qurumundan (YSK) əldə edilən məlumata görə, mayın 20-də gömrük qapıları və xarici nümayəndəliklərdə başlayan səsvermə çərçivəsində 1 milyon 733 min 940 səs istifadə edilib.
Follow @7timesaz