Dünya

“Xarkov və Sumı bölgələrini qorumaq üçün F-16-lara ehtiyac var” – Hərbi ekspert

“Xarkov və Sumı bölgələrini qorumaq üçün F-16-lara ehtiyac var” – Hərbi ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov və Sumı bölgələrini qorumaq üçün təkcə “Patriot” deyil, həm də “F-16” döyüş təyyarələri lazımdır.

“AzPolitika” xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Petr Çernik deyib.

Onun fikrincə, təkcə “Patriot” sistemləri ilə Xarkov və Sumı vilayətlərinin əhalisini rus hücumlarından qorumaq mümkün olmayacaq.

Çernik izah edib ki, indi ruslar Ukrayna ərazilərini təyyarələrlə bombalayır və təkcə “Patriot”la bu tip hücumların qarşısını almaq mümkün olmur.

“Düşmənin bombardmançılarını məhv etmək üçün F16-lara sahib olmaq lazımdır”, – deyə o qeyd edib.