Müğənni Xatirə İslam ikinci övlad arzusundan vaz keçdiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb. Sənətçi deyib ki, uzun müddət müalicə olunsa da, istəyi reallaşmayıb:
“Biz istəyirdik, alınmadı. Vaz keçdik. Düşünürəm ki, artıq gecdir. Amma çox əziyyət çəkdik. Onda işlərimdən qalıram. O zaman nə qədər kökəlmişdim. İşimə də ziyandı. Çünki işimdən qalıram. Mən maddi-mənəvi əlimdən gələni etdim. Emilə hərdən deyirəm ki, qızım yoxdu mənə kömək elə. Sən həm oğlumsan, həm dostumsan, ona görə yardım et. O da kömək edir”.
Qeyd edək ki, Xatirə Fəxrəddin adlı bəylə evlidir.