Müğənni Xatirə İslam ilə həyat yoldaşı Fəxrəddin arasında mübahisə baş verib.
Milli.Az xəbər verir ki, bunu müğənni özü “Zaurla Günaydın” verlişində açıqlayıb. O bildirib ki, verlişə gəlməzdən əvvəl həyat yoldaşı ilə ailə-məişət məsələsi ucbatından aralarında düşən mübahisə səbəbindən Fəxrəddin ondan küsüb, danışdırmır. Buna görə verlişə də gəlməyəcək.
Aparıcılar müğənnini nə qədər vadar etsələr də ki, həyat yoldaşını efirə çağırmaq üçün ona zəng etsin, Xatirə “Bilirəm ki, gəlməcəyək. Dəhşət tərs adamdır. Çağırın, gəlir gəlsin-gəlmir gəlməsin, artıq öz işidir. Amma o həmişə elə olmur, küsəndə elə olur” deyərək, zəng etməkdən imtina edib.