“SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyevin Yenicag.az-a açıqlamasında müğənni Natavan Həbibinin ünvanına səsləndirdiyi “Biabırçılıq gündə boşanıb evlənməkdir!” İfadəsi bəzi şou əhlinin xoşuna gəlməyib.
Müğənni Xatirə İslam bu sözləri ona yaraşdırmadığını bildirib:
“Əvvəl onu deyim ki, Oqtay Əliyevdən bu qaxıncı gözləmirdim. Ən azından iki qız atası, gözəl ailə başçısı və bir baba kimi sizə yaraşdırmadım. Boşanmaq Allahın qismətidir. Heç kim bu hadisədən sığortalanmayıb. Bəzən 30 ilin ailəsi də dağıla bilir. Çox çətin zamana gəlmişik. Hər şey dəyişib. Ana balanın, bala atanın üzünə dayanan bir zamandır. Sabah siz də boşana bilərsiz, Allah eləməsin, mən də… Deməli, ağzımızı açan kimi boşanmağı başımıza qaxınc edib, bizi qohum-əqraba yanında utandıracaqsınız? Bilirsiniz, bu ölkədə neçə minlərlə boşanmış qadın var? Müğənni də adi insandır. O qadınların da taleyində anlaşılmazlıqlar ola bilər və ayrılarlar. Amma bu şeylərə görə qorxudan boşana da bilmirik. Çünki müğənni boşandısa, vəssalam, deməli günah ondadır. Bu minvalla evdə, ailədə, bayırda olan hər şeyi ürəyimizə salıb xəstəlik tapırıq. Demək olar ki, bütün sənət adamlarının xəstəliyi var.
Bəzən efirdə gördüyümüz tükürpədici hadisələr var. Hansı ki, günlərlə özümüzə gəlmirik. Biri atası ilə yatır, biri qardaşından doğur, biri qaynı ilə sevişir, evdən qaçır, biri doğur atır küçəyə… Bunun hansını sənət adamı edib? Axı nəyi bölə bilmirik? Niyə ölkədə olan başqa problemlərə belə tez reaksiya vermirsiniz? O qədər çatmayan işlər, məsələlər var. Danışın da onlar haqqında da. Gücünüz ancaq yalandan gülüb özünü həm varlı, həm sağlam, həm xoşbəxt göstərən şou əhlinə çatır?”
Sənətçi qarşı tərəfi mehribançılığa səsləyib:
“Mənim dünyasında sizə qarşı mənfi fikrim olmayıb. Sizi istəyən insanam, nə də yaltaqlıq bilirsiz, mənlik deyil. Amma sizi mehribançılığa çağırıram. Gəlin əl-ələ verək bu çətin dönəmdən keçək. Bütün xalq virus içindədir, hər evdə xəstə var. Heç kimə sənətçi və bəzi yalançı efirlər lazım deyil. Hamı canı ilə əlləşir. Hamının efiri çantasındadır. Heç kimi də birliyə çağırmıram. Bu birliyi yaratmağa bizim ömrümüz çatmaz. Sizi mehribançılığa çağırmaq sənət adamlarını birliyə çağırmaqdan asandır”.
Qeyd edək ki, müğənni Natavan Həbibi efirdən qonorar istədiyi üçün onu və həmkarlarını tənqid edən “SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyev barəsində tənqidi fikir səsləndirib. Qarşı tərəfin cavabı da sərt olub.
Follow @7timesaz