Maqazin

“Xəbər uçurtdum ki, adınızı ləkələyənlər var”

“Xəbər uçurtdum ki, adınızı ləkələyənlər var”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Zümrüd Bədəlovanın İçərişəhər Tarix-memarlıq Dövlət Qoruğunda yaşadığı problem həll olunub. 

Bu barədə OLAY-a açıqlama verən Zümrüd deyib ki, müraciətindən sonra onu çox mülayim qarşılayıblar:

“Növbəti dəfə gedəndə məni çox mülayim qarşıladılar. Sağ olsunlar. Qapıda qarşılayıb, içəri keçirdilər. Söhbət orada bəzi özünü apara bilməyən insanlardan gedirdi. Yoxsa İçərişəhər Tarix-memarlıq Dövlət Qoruğu bizə həmişə hörmətlə yanaşıb. Onlara xəbər uçurtdum ki, adınızı ləkələyənlər var”.

Qeyd edək ki, Zümrüd bir müddət əvvəl İçərişəhər Dövlət Tarix-memarlıq qoruğu idarəsinin idarə heyətinin rəisi Şahin Seyidzadəyə müraciət edərək Eyyub adlı rəisin ikinci dəfədir ki, maşınını içəri buraxdırmadığını demişdi.