Məşhur braziliya serialı “Klon”un aktrisası Karla Diaz nişanlısından ayrılıb.
Axşam.az xəbər verir ki, 32 yaşlı aktrisa ailə qurmağa hazırlaşdığı deputat və heyvan hüquqları müdafiəçisi Felipe Becari ilə münasibətini sonlandırıb. O, bu barədə sosial media hesabında yazıb.
İkilinin ayrılmasına səbəb deputatın heyvanlara kömək etmək üçün toplanan ianələri mənimsəməkdə ittiham edilməsi olub. Felipenin həmin pullarla Karlaya bahalı hədiyyələr aldığı, eləcə də nişanlarını qeyd etmək üçün getdikləri İtaliyadakı tətillərinin xərclərini ödədiyi güman edilir. O, özü iddiaları təkzib edir. Hazırda San-Paulu polisi işi araşdırır.
Qeyd edək ki, Karla sözügedən serialda “Xədicə” obrazını canlandırırdı.
Follow @7timesaz