Ölkə

Xətai rayonunda 20 illik ağacları məhv etdilər – FOTOLAR

Xətai rayonunda 20 illik ağacları məhv etdilər – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonu, Məhəmməd Hadi küçəsində qanunsuz ağac kəsimi aşkarlanıb.

7Times.az xəbər verir ki, bu barədə jurnalist Orxan Kərimov özünün şəxsi “Facebook” səhifəsində məlumat verib.

O, qeyd edib ki 20 illik ağacları 20 saniyəyə öldürdülər:

“Bezdik mübarizə aparmaqdan. Görüntü üçün gətirib qıraqlara ağac əkiblər”.

Qeyd edək ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır.

Kəsilən ağacın fotolarını təqdim edirik: