Bu gün axşam saatlarından etibarən Qusarda bir neçə küçənin qazla təminatında problem yaranıb.
7times.az xəbər verir ki, bu, qaz xəttinin üzərinə maşın aşması ilə əlaqədardır.
Belə ki, rayonun N.Həbibov, Tolostoy və daha bir neçə küçəsini, eləcə də, Mərkəzi Xəstəxananı təbii qazla təmin edən diametri 159 mm olan qaz xəttinin üzərinə minik avtomobili aşıb.
Nəticədə, 850 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Hadisə yerində araşdırma aparılır və müvafiq prasedurlar icra edilir.
Fevralın 17-də səhər saatlarında qaz təchizatı bərpa olunacaq. qafqazinfo
Follow @7timesaz