Dekabrın 18-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 7times.az-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.