Yanvar ayının 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmış bir ədəd şübhəli kisə aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, aşkar edilmiş kisəyə baxış zamanı 2 kiloqram 070 qram narkotik vasitə (1 kiloqam 990 qram “marixuana” və 80 qram “həşiş”) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Follow @7timesaz