Qubada avtomobilin dərəyə aşması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə Quba-Xınalıq yolunda qeydə alınıb.
Yaralılar Xırdalan şəhər sakinləri – 1997-ci il təvəllüdlü Şahin Nəriman oğlu Vəliyev və 1946-cı il təvəllüdlü Gülnaz Əbdülhəsən qızı İlyasovadır.
Hadisə yerinə Quba Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası cəlb olunub, yaralılar həkim briqadası tərəfindən Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara xəstəxanada müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. Report
Follow @7timesaz