Ölkə

Xırdalanda KÜTLƏVİ DAVA – Polisdən açıqlama – VİDEO

Xırdalanda KÜTLƏVİ DAVA – Polisdən açıqlama – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan şəhərində kütləvi dava qeydə alınıb.

Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Məlumata görə, kütləvi dava bir neçə gün öncə Abşeron Gənclər Şəhərciyinin qarşısında yaşanıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, görüntülərdən xəbərdardırlar. Bununla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.