Abşeron rayonunda döyülmə hadisəsi baş verib.
7times.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1943- cü il təvəllüdlü Məmmədova Mədinə Cavad qızı və onun nəvəsi, 1998-ci il təvəllüdlü Hüseynli Emil Emilağa oğlu qonşusu tərəfindən döyülüb.
Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Follow @7timesaz