Türkiyəli fenomen Danla Bilicin estetik əməliyyatla bədəninin müxtəlif bölgələrinə dolğu etmək istəyən xanımlara səslənib.
7Times.az axşam.az-a istinadən xəbər verir ki, etdirdiyi dolğulara görə, xəstəxanalıq olan bloger dolğunun bədəndə yaratdığı fəsadlardan danışıb. O, dolğunu xanımlara məsəhət görməyib:
“Yalvarıram, etdirməyin. Bədənə yayılır. İki il əvvəl məndə də yayıldı. 1 ay xəstaxanada qaldım. Dolğular əsla ərimir. Sinə və arxaya edilən doğular hakimiyyəti əlinə alıb bütün bədənə yayılır. Mənim qabırğama qədər gedib çıxmışdı. Diz qapaqlarıma qədər düşmüşdü. Bəzən elə bir yerdə toplanır ki, tenis topu udmuş kimi görünür. İyrənc, utanverici bir şeydir. Kimlə danışdımsa, hamıda eyni problem var”.
Follow @7timesaz