“Oğru dünyası”nın əfsanəsi hesab edilən “Yaponçik” ləqəbli qanuni oğru Vyaçeslav İvankovun qətlində ittiham olunan Astamur Butba həbs edilib.
7times.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Astambur Butba banklardan birinə silahlı basqın edib. Lakin qısa müddət sonra hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.
O həbs ediləndən sonra barəsində araşdırma aparılıb. Bəlli olub ki, Astambur Butba “Yaponçik”in qətlinə görə Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.
Qeyd edək ki, “Yaponçik” 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərinin Xoroşevski şossesi 25 ünvanında yerləşən “Tayskiy slon” restoranından çıxan zaman qətlə yetirlib. “QazEl” markalı yük avtomobilində gizlənən qatil “Draqunov” snayper tüfəngi ilə onun qarın nahiyəsinə atəş açıb. Vyaçeslav İvankov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin üzərindən 12 il keçdikdən sonra Rusiyanın hüquq-mühafizə orqanları “Yaponçik”ə atəş açan şəxsin Astambur Butba olduğunu müəyyən edib. Həmçinin məlum olub ki, o, “qanuni oğru”nu öldürərkən tək olmayıb. Butba sui-qəsd planını köməkçisi Nuqzar Papava ilə birgə həyata keçirib. Hər iki şəxs “Yaponçik”in ölümündən sonra Rusiyanı tərk edib. Bu baxımdan, adıçəkilən şəxslər barəsində qiyabi həbs qərarı çıxarılıb və onlar axtarışa verilib./qaynarinfo/
Follow @7timesaz