İdman

Yaponiya 1/8-ə antirekordla yüksəldi

Yaponiya 1/8-ə antirekordla yüksəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsinin III tur matçında İspaniyanı sürpriz şəkildə məğlub edən (2:1) Yaponiya millisi bunu antirekordla reallaşdırıb.

Fanat.Az “Opta Sports”a istinadən xəbər verir ki, “gündoğar ölkə” təmsilçisi matçda 18 faiz topa sahib olublar – bu, DÇ tarixində antirekorddur.

İndiyə qədər mundialda bu qədər az topa sahib olmasına rəğmən, qələbə qazanan olmayıb.

Yaponiya DÇ-2022-nin 1/8 finalında – dekabrın 5-də Xorvatiya millisi ilə qarşılaşacaq.