Yaponiya Səhiyyə Nazirliyi ABŞ əczaçılıq şirkəti “Moderna” tərəfindən hazırlanan COVID-19 peyvəndlərinin bəzi dozalarında xarici maddələr aşkar edildiyini əsas gətirərək 1.63 milyon dozanın istifadəsini dayandırmaq qərarına gəlib.
7times.az xəbər verir ki, avqustun 16-dan bu yana ölkədəki 8 peyvənd mərkəzində 39 istifadə edilməmiş peyvənd növündə xarici maddə aşkar edildiyi açıqlanmışdı.
Buna baxmayaraq, bu günə qədər peyvəndlərlə əlaqədar qeyri-adi bir sağlamlıq problemi yaşanmayıb.
“Moderna” peyvəndlərinin ölkədə yayılmasını öz üzərinə götürən yapon əczaçılıq şirkəti “Takeda” peyvənddəki maddələrin tərkibinin hələ təyin edilmədiyini açıqlayıb. Teleqraf.com
Follow @7timesaz