Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
7Times.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 17800 nəfərin yaşadığı Nişinomote şəhərindən 37 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin13 kilometr dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi qeydə alınmayıb (apa).
Follow @7timesaz