Dünya

Yaponiyada leysan altı nəfərin həyatına son qoyub

Yaponiyada leysan altı nəfərin həyatına son qoyubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 6 nəfər ölüb.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşüb. İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Yaponiyanın cənub-qərbində güclü leysan yağışları ötən həftənin sonundan davam edir. Oita, Saqa və Fukuoka prefekturalarının bəzi ərazilərində yağıntının miqdarı 55-92 mm/saat təşkil edib. Bu, çaylarda daşqınlara və sürüşmələrə səbəb olub.