Yaponiyanın Sakit okean sahilləri yaxınlığından keçən “Mavar” tayfunu 260-dan çox reysin təxirə salınmasına, avtomobil və dəmir yolu nəqliyyatının hərəkətində fasilələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, 138,7 min insan ərazidən təxliyə edilib.
Qasırğa elektrik xətlərinin sıradan çıxmasına səbəb olub, paytaxt ərazisində 3,8 min yaşayış binasını işıqsız qoyub.
Yapon meteoroloqlar əhaliyə leysan yağışlarının həftəsonu da davam edəcəyi və sürüşmə təhlükəsinin mövcudluğu ilə bağlı xəbərdarlıq edib.
Follow @7timesaz