Dünya

Yaponiyanın Baş naziri ölkənin heç vaxt müharibəyə qatılmayacağına and içdi

Yaponiyanın Baş naziri ölkənin heç vaxt müharibəyə qatılmayacağına and içdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaponiya bir daha müharibələrdə iştirak etməyəcək.
Mk.ru xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şinzo Abe kapitulyasiyanın 75 illiyi münasibətilə keçirilən anma mərasimində deyib.
Nazirlər Kabinetinin başçısı vurğulayıb:
“Biz bir daha müharibələrdə iştirak etməyəcəyimizə dair anda davam edəcəyik”.
Abe İkinci Dünya Müharibəsi zamanı ölən bütün yaponların xatirəsini ehtiramla yad edib. O, qeyd edib ki, Yaponiya dünya birliyi ilə müxtəlif problemlərin həllinə yönələn əməkdaşlığı davam etdirmək əzmindədir.
Sonra Yaponiya imperatoru Naruxito çıxış edərək, yaponların koronavirus pandemiyasını və bununla əlaqəli hər hansı bir çətinliyi dəf edəcəyinə əminliyini bildirib.
Oxu.az