Ölkə

Yaqut Qarayeva: “Xəstəni zirzəmidə qəbul edib, tibbi yardım göstərən həkimlərimiz var”

Yaqut Qarayeva: “Xəstəni zirzəmidə qəbul edib, tibbi yardım göstərən həkimlərimiz var”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəstəni zirzəmidə qəbul edib tibbi yardım göstərən həkimlərimiz var”.

7times.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Ağdamda, Tərtərdə, Füzulidə canlarından keçən hərbi həkimlərimiz var:

“Həkimlərimiz zirzəmidə xəstələri qəbul edib yardım edirlər. Təəssüf ki, bizim kolleqalarımız arasında da ölənlər var. Həmin hərbi həkimlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Buna rəğmən, həkimlər cəbhə bölgəsinə can atmağa davam edir”.