Ölkə

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: 30 nəfər tutuldu – VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: 30 nəfər tutuldu – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən 7Times.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının son 20 gün ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 30 nəfər tutulub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Saxlanılanlar barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 29 kiloqram 900 qram  heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Əməliyyatlar nəticəsində saxlanılanlardan biri narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olandır. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanlardan ikisi rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib.

Eyni zamanda həmin müddətdə keçirilən profilaktik-nəzarət tərbirləri nəticəsində Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən narkotik vasitə istifadəçilərinin toplaşdığı yarımtikili də nəzarətdə saxlanılıb.